Ağsu Rayon Gənclər və İdman İdarəsi
  İcra Hakimiyyəti haqqında
 



İcra Hakimiyyətinin Başçısı

Ənvər Qasım oğlu Seyidəliyev


1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Azərbaycanlıdır.
1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirmişdir.
1975-1976-cı illərdə hərbi xidmətdə olmuşdur.
1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışmışdır.
1983-1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur.
1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı vəzifəsində çalışmışdır.
1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri vəzifəsində çalışmışdır.
2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də idarə rəisi vəzifəsində işləmişdir.
18.12.2007-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, bir oğlu və iki nəvəsi var.

İcra Hakimiyyətinin Aparatı
 
Başçının birinci müavini: Rasim Səbzalı oğlu Novruzov - 1955-ci ildə anadan olmuşdur, ali təhsillidir. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti), 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir, ixtisasca iqtisadçıdır. 27 may 2008-ci ildən bu vəzifədə çalışır. 1996-cı ildən YAP-ın üzvüdür. Evlidir, 1 oğlu və 2 qızı var.

Başçının sosial-iqtisadi məsələlər üzrə müavini - şöbə müdiri: İqbal Şahbaba oğlu Mikayılov - 1969-cu ildə anadan olmuşdur, ali təhsillidir. 1995-ci ildə Azərbaycan Texniki Universitetini bitirmişdir, ixtisasca mühəndis-mexanikdir. 12 iyun 2008-ci ildən bu vəzifədə çalışır. 2004-cü ildən YAP-ın üzvüdür. Evlidir, 1 oğlu və 2 qızı var.

Başçının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini - şöbə müdiri: Akif Canalı oğlu Mirzəyev - 1947-ci ildə anadan olmuşdur, ali təhsillidir. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki Azərbaycan Pedaqoji Universiteti) bitirmişdir, ixtisasca riyaziyyatçıdır. 23 oktyabr 1999-cu ildən bu vəzifədə çalışır. 1996-cı ildən YAP-ın üzvüdür. Evlidir, 4 oğlu var.

Başçının aqrar məsələlər üzrə müavini - şöbə müdiri: Elxan Gülxan oğlu Abdullayev - 1956-cı ildə anadan olmuşdur, ali təhsillidir. 1980-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir, ixtisasca iqtisadçıdır. 27 iyul 1999-cu ildən bu vəzifədə çalışır. 1998-ci ildən YAP-ın üzvüdür. Evlidir, 2 oğlu və 2 qızı var.

Başçının köməkçisi - Atakişiyev Vüqar Vaqif oğlu

Mülki Müdafiə Qərargahının rəisi - Rəhimov Araz Babaxan oğlu

Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri - Kərimli Füzuli Adil oğlu

Hüquq şöbəsinin müdiri - Kərimov Tofiq Balakişi oğlu

İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri - Orucov Mirqubat Oruc oğlu

Ümumi şöbənin müdiri - Nəzərov İlham Şahnəzər oğlu

Memarlıq və tikinti şöbəsinin müdiri - Baş memar - Hüseynov Xanlar Yunus oğlu


 
  Bugün 1 ziyaretçi (2 klik) olmuşdur.  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol